"İndi həmin binanın birinci mərtəbəsi restorandır..." - Yazıçı Anar Zərdabinin heykəlinin yerinin dəyşilməsini istəyir

img

08-12-2025 [12:29]


Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi təklif olunur.

Məlumata görə, bu təkliflə Xalq yazıçısı Anar Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxış edib.

Onun sözlərinə görə, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binası İçərişəhərdə yerləşirdi və Həsən bəy Zərdabinin də heykəli onun qarşısında qoyulmuşdu: "Ancaq indi həmin binanın birinci mərtəbəsi restorandır, nəticədə Zərdabinin heykəlinin orada yerləşməsi doğru görünmür. Ona görə də abidənin yerinin dəyişdirilməsini təklif edirəm. Çünki Azərbaycanda abidənin yerinin dəyişdirilməsi praktikası var. Mən Zərdabinin heykəlinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülməsini təklif edib"(Report).

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA