"Samsunspor" hesabı qoruya bilməyib - 2 qol, 2 qırmızı kart...

img

02-12-2025 [00:12]


Türkiyə Super Liqasının 14-cü turunda "Samsunspor" "Alanyaspor"u qəbl edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Samsunspor"un 15-ci dəqiqədə Musabanın qolu illə hesabı açıb.

Lakin qonaqlar son dəqiqədə, daha doğrusu, 90+1-ci dəqiqədə Güven Yalçının qolu ilə hesabı bərabərləşdirib.

Əlavə vaxtda "Samsunspor"dan Mendeşi qırmızı vərəqə ilə cəzalandırılıb. 90+7-ci dəqiqədə isə "Alanyaspor"un baş məşqçisi Joao Pereira qırmızı vərəqə görüb. 

Oyun bu hesabla bitib - 1:1

Bu nəticədən sonra "Samsunspor" xallarının sayını 25-ə, "Alanyaspor" isə 16-ya çatdırıb.

Fərid ASLAN
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA