Bu gün Türkiyədə derbidir: "Fənərbağça, yoxsa "Qalatasaray"? - "Qara bazar"da biletin qiyməti 4 min manatı ötüb

img

01-12-2025 [18:55]


Bu gün Türkiyədə dünyanın bir çox ölkələrində maraqla izləniləcək derbi oyunu oynanılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün saat 21.00-da əzəli rəqiblər olan "Fənərbağça" və "Qalatasaray" komandaları Kadıköydə qarşılaşacaqlar.

Hazırda komandalar arasındakı xal fərqinin ("Qalatasaray" ilk sıradadır - Mia.az) 1 olması isə derbinin həm də əhəmiyyətini arıtırıb.

Məlumat üçün onu da qeyd edək ki, biletlər satışa çıxarılan sürətlə satılıb. Hətta qara bazarda biletin qiymətinin 100.000 lirəni (4 min manat) keçməsi haqda xəbərlər var.

Komandaların meydana aşağadakı heyətlə çıxacaqları gözlənilir:
 
Fənərbağça: Ederson; Semedo, Skriniar, Oosterwolde, Levent; İsmayıl, Alvarez; Nene, Asensio, Kerem və Duran.

Qalatasaray: Uğurcan; Sanchez, Lemina, Abdülkerim, Kazımcan; Torreira, Sara; Sane, İlkay, Barış Alper və Osimhen.

Fərid ASLAN
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:10 01.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA