Kadıköydə "Fənərbağça" - "Qalatasaray" derbisi: oyunda 2 qol var (Yenilənib)

img

01-12-2025 [23:07]


Türkiyə sper liqasında "Fənərbağça" ilə "Qalatasaray" komandalar bu gün üz-üzə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saat 21.00-da Kadıköydə qarşılaşan komandalar aşağıdakı heyətlə meydana çıxıblar: 
 
"Fənərbağça": Ederson; Semedo, Skriniar, Oosterwolde, Levent; İsmayıl, Alvarez; Nene, Asensio, Kerem və Duran.

"Qalatasaray": Uğurcan; Sanchez, Lemina, Abdülkerim, Kazımcan; Torreira, Sara; Sane, İlkay, Barış Alper və Osimhen.

Gərgin davam edən oyunun 27-ci dəqiqəsində "Qalatasaray"lı Lory  Sane hesabı açıb - 0:1.

İlk hissəyə 5 dəqiqə əlavə olunsa da, hesab dəyişməyib.

90+5-də isə "Fənərbağça" hesaba tarazılıq gətirib.

Bərabərlik qolunu Con Duran vurub - 1:1.

Oyun bu hesabla başa çatıb.

Bu nəticədən sonra lider "Qalatasaray" xalını 33-ə, "Fənərbağça" isə 32-yə çatdırıb.

Fərid ASLAN
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA