Yekaterinburqda azərbaycanlı iş adamı saxlanılıb 

img

01-12-2025 [23:29]


Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb.

Bu barədə “URA.RU”ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib.

Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.

Portal yazır ki, azərbaycanlı iş adamına qarşı iddialar onun keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq-mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, bu bu ilin sentyabrında Vidadi Mustafayevin Şahin Şıxlinskinin yerinə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və “Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi”nə yeni rəhbər təyin olunması ilə bağlı informasiya yayılmışdı. Daha sonra isə Diasporla İş üzrə Dövlət Komitəsi sözügedən şəxsin Azərbaycan diasporuna heç bir aidiyyətinin olmadığını qeyd etmişdi(qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA