Bakı-Qazax yolunda baz verən yol-nəqliyyat hadisəsində 1 ölü, 3 yaralı var

img

29-03-2009 [03:56]


Hadisə ?Prado? markalı avtomobilin aşması nəticəsində baş verib Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 28-də saat 17:00 radələrində Bakı-Qazax yolunun 51-ci kilometrliyində 31 yaşlı Səbuhi Qasımov idarə etdiyi ?Prado? markalı 10-SX-464 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə sürücü S. Qasımov ölüb, sərnişinləri - həyat yoldaşı 30 yaşlı Esmira Qasımova, qızı 7 yaşlı Fatimə və bacısı qızı 10 yaşlı Gülcan Məmmədova müxtəlif dərəcəli xəsarət alaraq 1 saylı Şəhər Xəstəxanasına aparılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA