Ağ Ev yaxınlığında atışma -  Milli Qvardiya üzvləri güllələndi

img

27-11-2025 [00:17]


Vaşinqtonda - Ağ Evin yaxınlığında dünyanın diqqətini özünə cəlb edəcək sensasion hadisə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı aççıqlanmayan bir nıfər qəfildən Ağ Evin mühafizəsini təşkil edən Milli Qvardiya üzvlərini atəşə tutub.

İlkin məlumata əsasən, Milli Qvardiyanın ən azı iki üzvü güllələnbi.

"Associated Press"ə danışan rəsmilərdən biri bu faktı təsdiqləyib: "Şübhəli saxlanılıb. Səbəb və təfərrüat hələ tam aydın deyil".

***

Son məlumata görə, qvardiya üzvlərini ağır yaralayan Əfqanıstan vətəndaşı Rəhmanulla Laqanval adlı mühacirdir.

Lamiyə 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:48 26.11.2025

Papa Türkiyəyə gəlir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA