NAZİRDƏN HƏBSXANALARLA BAĞLI SƏRT QƏRAR: iki rəis sistemdən xaric edildi, xeyli əməkdaş töhmət aldı

img

26-11-2025 [15:24]


Ədliyyə Nazirliyinin bəzi əməkdaşları vəzifədən çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə, Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubov və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.

Xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşına qarşı isə intizam tənbehi tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:48 26.11.2025

Papa Türkiyəyə gəlir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA