Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini ilə görüşüb

img

26-11-2025 [13:35]


Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.

Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:48 26.11.2025

Papa Türkiyəyə gəlir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA