Sudanda vətəndaş müharibəsi dayandı: üç aylıq atəşkəs elan edildi - 4 ölkə araya girdi

img

25-11-2025 [12:57]


Sudanda bu gündən etibarən, vətəndaş müharibəsi dayanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə orduyla illlərdir açıq savaşa girən və bir çox şəhərləri ələ keçirən Sudandakı Çevik Dəstək Qüvvələrinin lideri Məhəmməd Həmdan Daqalu bəyanat verib.

O, ölkənin yaşadığı humanitar böhrana cavab olaraq üç aylıq atəşkəs elan edib.

Daqalu müharibənin xalqı yorduğunu, əzablarının artdığını və qan tökülməsinin dayandırılmasının dönməz bir vəzifəyə çevrildiyini bildirib:  "Milli məsuliyyətimizlə yanaşı, ABŞ, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi, o cümlədən Afrika İttifaqı və Şərqi Afrikada Hökumətlərarası İnkişaf Təşkilatının səylərini, xüsusən də ABŞ Prezidenti Donald Trampın təşəbbüsünə əsasən üç aylıq atəşkəs elan edirik".

Çevik Dəstək Qüvvələrinin lideri əlavə edib ki, bundan sonra ölkəyə yardım axını üçün hr cür şərait yaradacaqlar: "Biz humanitar işçilərin təhlükəsizliyini, yardımın maneəsiz çatdırılmasını, onun mühafizəsini, paylanmasının rahatlığını təmin etmək üçün BMT və müvafiq humanitar təşkilatlarla tam əməkdaşlıq edəcəyik. Bununla yanaşı, mülki şəxslərə qarşı qanun pozuntuları törətdiyi sübut edilən hər kəsin məsuliyyətə cəlbinə nail olacağıq. Buna da hər kəs əmin ola bilər".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA