Almaniyada gecikən sərnişinlər uçuş-enmə zolağında təyyarəni saxladı - VİDEO

img

25-11-2025 [09:58]


Almaniyanın Köln şəhərindən Rumıniyanın Buxarest şəhərinə uçan təyyarəyə gecikən iki rumın sərnişinin hərəkəti dünyada manşet olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin sərnişinlər "təcili çıxış"dan uşuç-enmə zolağına çıxaraq təyyarənin dalıycan qaçıblar. 

Yayılan görüntülərdən bəlli olur ki, onlar əl yelləyərək təyyarəni dayandırmağa çalışmaqla yanaşı, uçuşa imkan verməyiblər. 

Məlumata görə, bu səbəbdən uçuşa hazır olan "Wizz Air" şirkətin məxsus təyyarənin havalanması ləngiyib: "Təyyarənin uçuşu 28 və 47 yaşlı iki nəfərə görə 2 saata yaxın ləngiyib. Hər iki sərnişinə isə cinayət işi açılıb".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA