"Azərişığ"ın rayon şəbəkəsinin rəisi döyülüb - "TikTok"da paylaşıma görə...
24-11-2025 [13:47]
Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirən 44 yaşlı Vasif Fətiyev hakim qarşısına çıxarılıb.
Mia.az qafqazinfo-ya istinadla xəbər verir ki, rayon sakini Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Vasif Fətiyev "TikTok" səhifəsində "Azərişığ"ın Beyləqan Elektrik Şəbəkəsi ilə bağlı ardıcıl neqativ paylaşımlar edib. Bu səbəbdən də idarənin rəisi Fikrət Əhmədov tərəfindən məhkəməyə verilib. Daha sonra onlar Gəray Əsədov küçəsində qarşılaşıb və insident baş verib.
Hadisə zamanı Fətiyev rəisin ünvanına nalayiq ifadələr işlədib, bir dəfə yumruqla sinə nahiyəsinə zərbə endirib. Ardınca əlindəki mobil telefonu silah qismində istifadə edərək sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub. Bu səbəbdən Əhmədovun sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara yaranıb ki, bunlar qısa müddətdə sağlamlığın pozulmasına səbəb olan yüngül bədən xəsarətləri hesab olunur.
Fətiyev həmin yerə yaxın məsafədə Əhmədova məxsus avtomobilin ön kapotuna sağ əli ilə bir neçə zərbə endirərək 100 manat məbləğində zərər vurub və ictimai qaydanı kobud şəkildə pozub.
Araşdırmalar göstərib ki, V.Fətiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Vasif Fətiyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
“İstefa verməmişəm, hazırda “Neftçi”nin baş məşqçisiyəm”
Sənətçilər niyə narazıdır? - Deputatdan açıqlama
TFF prezidentindən mərc oyunları ilə bağlı açıqlama: "Bəzi klublar problemlə üzləşəcək"
Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir
"Azərqaz"dan partlayış olan bina ilə bağlı - Açıqlama
Türkiyə prezidenti: "Bir daha oxşar təhdid və təhlükə ilə üzləşmək istəmirik, amma..."
Ərdoğan: "Qəzza gündəliyimizin başındadır"
"Mən istefa verməmişəm" - Azər Həşimov
48 yaşlı Balaxanım Atakişiyeva bəraət aldı
Britaniya hökumətindən narazılıq yaradan qərar - Londonda "turist vergisi" tətbiq olunacaq
Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradılıb
Bakıda obyektdə partlayış: 7 nəfər xəsarət alıb - Səbəb bəlli odu (VİDEO, FOTOLAR) - Yenilənib
Sabah hava necə olacaq? - Proqnoz
"Neftçi" klubu Samir Abasovu istefaya göndərib
"Böyük məmnuniyyətlə deyə bilərik ki, Türk dünyasını bir araya gətirən..." - Hikmət Hacıyev
PARTİYA SƏDRİ 10 GÜN İÇİNDƏ NECƏ DƏYİŞDİ? - Sabiq deputat iki fərqli çıxışı yan-yana qoydu və...
Gürcüstanda yol uçdu - 4 xarici vətəndaş öldü
"Araz" supermarketlər şəbəkəsi "Zəfər xatirələri" sənədli filmini təqdim edib - FOTOLAR
Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin üzvləri toplandı - Bu dəfə Şuşada (FOTO, YENİLƏNİB)
Növbəti 15 gün ərzində bürcləri nə gözləyir?
ABŞ xəbərdarlıq etdi, Türk Hava Yolları bu ölkəyə uçuşlarını 4 günlük dayandırdı - Savaş başlayır?
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Daha bir ölkədə sosial mediaya qadağa - 16 yaşdan kiçik uşaqlar hesabı aça bilməyəcək
Əməkhaqqı və pensiya kartlarında nağdlaşdırmada faiz tutulacaq? - "Kapitalbank"dan açıqlama
"Onların yaydığı məlumatlardan çəkinmək lazımdır" - Fərid Şəfiyev
İSRAİLDƏN BEYRUTDA MÜDHİŞ ƏMƏLİYYAT: "Hizbullah"ın qərargah rəisi öldürüldü - FOTOLAR
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
Qəzzada atəşkəs pozulub? - HƏMAS İsrailə təzyiq edilməsini istəyir
QARABAĞA DAHA 30 AİLƏ KÖÇÜRÜLDÜ
Avstraliyada hava şəraiti kəskin pisləşib - Minlərlə ev və iş yerləri elektriksiz qalıb
İran rəsmisi təhlükənin anonsunu verdi: "Bu payız son 58 ilin ən aşağı yağışı yağıb"
"Arsenal" "Tottenhem"i darmadağın etdi
Maduro: "Tramp məni "diktator" adlandırmaqdan yorulmur"
İran XİN: "ABŞ danışıqlara ciddi yanaşmır"
Vyetnamda daşqın: ölənlərin sayı 90-a çatıb, 12 nəfər itkin düşüb
Müdafiə naziri: "Biz heç bir imperiyanın köləsi deyilik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kamran Əliyev Buxarestdə işğüzar səfərdədir - FOTOLAR
Baş Prokurorluq media və ictimaiyyətə müraciət edib