Yasamalda yaşayış binasında yanğın: 3 nəfər ölüb, 20 nəfər isə... - Rəsmi açıqlama yayıldı (Yenilənib)

img

22-11-2025 [09:09]


Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində zəhərlənənlərin kimliyi məlum olub.

Mia.az xəbər verir ki, yanğın zamanı 26 nəfərdən 19-u - Qudiyev Altay Fərrux oğlu (2021-ci il təvəllüdlü), Məmmədova Amelya Zaur qızı (2025), Məmmədova Elmira Aslan qızı (1966), Məmmədova Fatimə Elçin qızı (1994), Qasımov Həsən Rüstəm oğlu (1991), Bünyatov Nurlan Eldəniz oğlu (1995), Ələsgərov Rəşad Arzu oğlu (1988), Məhəmmədov Samir Kamal oğlu (1984), Misqasımova Səbahxanım Məhərrəm (1990), Mirqasımova Səma Emin qızı (2021), Muxtarova Təranə Qəribağa qızı (1959), Quliyev Vilayət Ədalət oğlu (1998), Məmmədov Zaur Emil oğlu (1988), Bayramlı Zəhra Xəqani qızı (2017), Babaxanova Səidə Anar qızı (2004), Babaxanov Vüqar Anar oğlu (2009), Məmmədov Kənan Hüseyn oğlu (1987), Əliyev Hüseynəli Malik oğlu (2001), Abdullayeva Leyla (7 aylıq) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən evə buraxılıb.

Hazırda 7 nəfərin - Qəmbərli Leyli Əli qızının (2015), Məhəmməd Mikayıl Samir oğlunun (2021), Bəşirov Elçin İbrahim oğlunun (1987), Qəmbərova Rəna Vüqar qızının (1990), Məhəmmədova Marta Rinatovnanın (1986), Qulamova Ləman Rəşid (2000), Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

Hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.

Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

P.S. Ölənlər - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA