Vilayət Eyvazov Gürcüstanda - FOTO

img

21-11-2025 [12:24]


Noyabrın 21-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.

DİN Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA