“Bakcell”in lotereyasında 7-ci lüks avtomobil uduldu - FOTOLAR

img

21-11-2025 [17:04]


İnnovasiya lideri “Bakcell”in meqa lotereyası uğurla davam edir.

Mia.az xəbər verir ki, həftəlik tirajda süni intellekt tərəfindən seçilən 7-ci “Zeekr 001” avtomobilinin qalibi Fizuli Həsənov olub. 

O, bu gün avtomobilinin açarlarını təhvil alaraq, bu unudulmaz anın sevincini yaşayıb. Lotereyada həyəcan yüksəlməyə davam edir!

Qarşıdakı həftələrdə daha 6 “Zeekr 001” şanslı qaliblərə təqdim olunacaq. Sən də cəmi 1 AZN ilə növbəti avtomobil qalibi ola bilərsən!

“Şans” paketini indi al və qalib olma şansını dəfələrdə artır!

“Şans” paketləri:

• 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES

• 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES

• 20 AZN-lik “Şans” paketi – 150 şans → *155#YES

Ümumilikdə, “Bakcell”in meqa lotereyasında 7 nəfər “Zeekr 001”, 48 nəfər isə “iPhone 17” qazanıb. Lotereyada abunəçilər hər gün “iPhone 17”, hər həftə “Zeekr 001”, finalda isə “Porsche Cayenne” qazanmaq imkanı əldə edirlər. Daha ətraflı məlumat üçün: lotereya.bakcell.com

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA