"Qalatasaray"ın prezidenti: "Bizm futbolçu imərc oyununu indi oynamayıb"

img

13-11-2025 [15:17]


"Qalatasaray"ın prezidenti Dursun Özbek Türkiyə futbolunu sarsıdan "mərc oyunları"nın istintaqına cəlb olunan oyunçuları haqda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, istintaqa cəlb olunan Eren Elmalının günahsız olduğuna inandığını deyib.

Özbek bildirib ki, futboçuları bu qanunsuzluğu indi deyil, təxminən  5 il əvvəl törədib: "Eren mərc oyununu dörd il 10 ay əvvəl oynayıb. Əgər iki ay əvvəl oynasaydı, o zaman cəzanı haqq edərdi. O vaxtdan bəri heç bir mərc fəaliyyəti ilə məşğul olmayıb. Digər yandan, o, 4 il 10 ay əvvəl də öz komandasının hesabına oynamayıb. Ümumiyyətlə, bu istintaq elə aparılmalıdır ki, perspektivli gəncləri məhv etməsin. Bu gənclərin hüquqlarını və gələcəyini diqqətlə nəzərdən keçirməliyik".

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA