PA rəsmisi: "Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını zəiflədir"
07-11-2025 [14:08]
Azərbaycan dilinin saflığının qorunması üçün media və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda deyib.
O xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı bir sıra konseptual fikirlər səsləndirib, Azərbaycan dilinin saflığının qorunması və yaşadılması ilə bağlı çağırış edib: "Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin saflığının qorunmasını xüsusilə vurğuladı. Prezidentin Azərbaycan dilinin qorunması ilə bağlı fikirləri qaldırdığı problemə nə qədər həssas yanaşdığını və önəm verdiyini göstərir. Bu eyni zamanda 10 il ərzində bu sahədə görülən işlərə baxmayaraq vəziyyətin qənaətbəxş olmadığını göstərir. Son illər bu istiqamətdə vacib addımlar atılıb. Qanunvericilik bazası təkmilləşdirilib, dilin saflığının qorunması və yad təsirlərdən qorunması üçün addımlar atılıb. Məktəb və universitetlərdə Azərbaycan ədəbi dilin normalarının öyrənilməsinə xüsusi diqqət göstərilir. Şübhəsiz, bu addımlar gələcək nəsil üçün önəmlidir".
O qeyd edib ki, qloballaşma günün reallığıdır və buna uyğunlaşmaq lazımdır: "Qloballaşma ilə dilin saflığının qorunması tarazlaşdırıla bilər. Yeni terminlər dilimizi zənginləşdirə və ya xələl gətirə bilər. Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını zəiflədir. Buna görə də yeni terminlərin dilimizə uyğunlaşdırılmasında media və dilçilərin üzərinə böyük məsuliyyət düşür. Süni intellekt alətlərinin mediada tətbiqinin müzakirə edildiyi dövdə yaşayırıq. Lakin dilin saflığı da qorunmalıdır. Jurnalist ədəbi dilin normalarına riayət etmirsə, bu, cəmiyyətə də təsir edir. Problemi yalnız səsləndirmək yetərli deyil, həm də praktik addımlar atılmalıdır".
K. Həsənov diqqətə çatdırıb ki, bu baxımdan, son dərəcə strateji, milli kimliklə birbaşa bağlı və dövlət siyasətinin prioritetlərindən biri olan ədəbi dilin saflığının qorunması işlərinin davamlı olması şərtdir/Report.
Qənimət Zahidin qiyabi məhkəməsi: hakim qərar verdi
Zabitlərin hərbi xidmət müddəti: deputatlar azaldılmasına "hə" dedi
Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik olunub
"Daxili qoşunlar haqqında" qanun qəbul edilib
Aidə Hüseyn Ali Məhkəməyə hakimi təyin edilib - MM təsdiqlədi
Əli Əsədov yeni qərar imzalayıb
Vergi Məcəlləsinə dəyişikliklər olunub
AYNA-nın iki şirlkətə yazdığı cərimələr silinib - Məhkəmə tərəfindən
2026-cı ilin dövlət büdcəsi təsdiqləndi - Gəlir və xərclər
Sabunçuda yaşayış evində partlayış baş verib
ABŞ 8 min tələbənin vizasını ləğv edib - Amerika səfirliyi İtaliya səfirliyi kimi azərbaycanlılara problem yaradacaq, yoxsa...
DİN-dən daha bir xəbərdarlıq: "Bank kartlarına kiber üsullarla müdaxilə halları var"
Meymunçiçək virusunun yeni bir ştammı ortaya çıxdı - Necə yayılır?
Üç bürcə "yaşıl işıq" yanacaq
Kəmaləddin Heydərov polkovnik-leytenantı vəzifəyə təyin edib
İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə belə reaksiya verdi: "İndi evə gəlmişəm..."
Məşhur müğənni imicini dəyişdi - FOTO
Azərbaycan nefti 66 dollara satılır
Abşeronda qəzada 3 nəfər ölüb - Cinayət işi açıldı
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir + FOTOLAR
"Liverpul"da baş məşqçi ilə hücumçu arasında gərginlik böyüyür - Salah heyətə daxil edilməyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə və Macarıstan arasında 16 müqavilə imzalandı
Azərbaycan və Slovakiya prezidentləri görüşdü, mühüm mesajlar verildi - FOTOLAR (Yenilənib)
Prezident Bratislavada Devin qəsrində olub - FOTO
İsrail Qəzzanı yenidən vurub - Ölənlər var
Macarıstan Baş naziri: "Türklər bizim kimidir, bilirlər ki..."
İlham Əliyev Slovakiyada - FOTOLAR (Yenilənib)
Çempionlar Liqası: "Qalatasaray" "Monoka" ilə "döyüş"ə gedib
Prokurorluqdan əməliyyat - DSX-nin kapitanı həbs edildi
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan
Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT