MEDİADA REKLAM ÇARXI: pulu kimə və hansı kriteriyalarla verirlər?
09-09-2025 [09:47]
Azərbaycanda aparılan media islahatlarının əsas prinsipi peşəkar və beynəlxalq müstəviyə çıxa biləcək jurnalistlərin, onlayn və off-layn media qurumlarının formalaşmasıdır.
Media –intellektual biznes növüdür. Burada bazar prinsipləri yaradıcılıq faktoru ilə birləşir.
Bu istiqamətdə əsas məqam ölkədə media ilə bağlı reklam bazarının yaradılmasıdır. Hazırda bu məsələdə pərakəndəlik nəzərə çarpır. Sabit bazarın yaranması üçün böyük gəlir əldə edən yerli və əcnəbi şirkətlərin bu prosesdə yerini tutması vacib məsələdir.
Lakin bu istiqamətdə ciddi uğurlar yoxdur.
1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Coca-Cola” şirkəti ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan sayılır. “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.
Rəsmi məlumata görə, “Coca-Cola” Azərbaycanın iri vergi ödəyicilərinin siyahısında 27-ci yerdə qərar tutub.
Milli biznesdə əhəmiyyətli seqmenti təşkil edən “Coca-Cola”buna rəğmən yerli mediada reklam bazarının yaradılmasında töhfələri çox zəifdir.
Reklam bazarı şəffaf hesabatlıq tələb edir. Burada şirkətin qazancı və xərcləri aydın əks olunmalıdır. Amma təəssüf ki, açıq mənbələrdə Coca-Cola şirkətinin Azərbaycandakı illik gəliri barədə konkret maliyyə statistikası təqdim olunmur. Şirkət bu cür lokal gəlir göstəricilərini adətən açıqlamır.
Yalnız o məlumdur ki, Türkiyədə yerləşən,“Coca-Cola Azərbaycan”ın daxil olduğu “Coca-Cola İçecek A.Ş.”-ın 2023-cü il üzrə açıqladığı ümumi gəlir 3.74 milyard ABŞ dolları olub. Bu rəqəm isə təkcə Azərbaycana yox, CCI-nin bütün fəaliyyət ölkələrinə aiddir.
Məhsul həcminə gəlincə, “Coca-Cola Azərbaycan” şirkətinin 2024-cü ildə Azərbaycan bazarında ümumi satış həcmi 9.3% artıb. 2025-ci ilin ilk rübündə satış həcmi daha 13.3% artaraq 15 milyon vahid qutunu keçib.
Bəs bütün bunların müqabilində Coca-Cola Azərbaycan mediasında reklama nə qədər pul xərcləyir?
Burada da tam bir sukut: Açıq mənbələrdə Coca-Cola-nın Azərbaycandakı reklam xərcləri — məsələn, illik reklam büdcəsi və ya marketinqə ayrılan məbləğ — barədə konkret və etibarlı rəqəmlər yoxdur.
Qlobal səviyyədə, Coca-Cola şirkətinin reklam xərcləri illik təxminən 4 milyard ABŞ dolları civarındadır. Azərbaycana dair bəzi məlumatlarda reklam agentlikləri ilə aparılan görüşlər və kampaniyalardan sitatlar var, lakin bunlar da xərclərin konkret rəqəmlərini açıqlamır.
Bütün bunlara əsasən deyə bilərik ki, “Coca-Cola”-nın Azərbaycanda reklam üçün nə qədər pul xərclədiyi barədə etibarlı, rəqəmlərə əsaslanan məlumat yoxdur.
Lakin şirkət Facebook və digər sosial şəbəkələrdə reklama pul əsirgəmir. Azərbaycandakı konkret xərclər açıqlanmasa da, “Coca-Cola” şirkətinin qlobal səviyyədə sosial şəbəkələrə (Facebook, Instagram, Twitter/X və s.) nə qədər sərmayə qoymasına dair bəzi məlumatlar mövcuddur.
Məsələn, “Coca-Cola”nın 2023-cü ildə reklam üçün dünya üzrə rekord səviyyədə- təxminən 5 milyard ABŞ dolları xərcləyib. 2017–2021-ci illərdə illik xərclər təxminən 4 milyard ABŞ dolları civarında olub.
Əgər 2019-cu ildə ümumi media xərclərinin yalnız 30 faizi rəqəmsal platformalara yönəldilirdisə, 2023-cü ildə bu rəqəm təxminən 60 faizə yüksəlib. 2022-ci il üçün rəqəmsal marketinq xərcləri ümumi xərclərin təxminən 45 faizinə bərabər olub. Bu da təqribən 2.1 milyard ABŞ dolları deməkdir.
Bu sırada program reklamına 650 milyon dollar, mobil marketinqə 450 milyon dollar, Influencer marketinqinə 250 milyon dollar xərclənib. Ən son məlumata görə, “Coca-Cola”nın ümumi reklam xərclərinin 60 faizi rəqəmsal məzmun və kanallara yönəldilir. Bu, təxminən 3 milyard dollardır.
Bu məblğin içində sosial media reklamları (Facebook, Instagram, Twitter/X, TikTok və s.) əhatəli yer alır.
Yenə də Azərbaycan üzrə konkret rəqəmlər açıqlanmır.
Bəs “Coca -Cola” onlyan mediada reklama nə qədər pul xərcləyir?
“Coca-Cola”nın dünyanın istənilən yerində, o cümlədən Azərbaycanda da onlayn media (social media və digər rəqəmsal platformalar) üzrə konkret reklam xərcləri barədə açıq, lokallaşdırılmış məbləğlər açıqlanmır.
Konkret platformalara (Facebook, Instagram və s.) ayrılan məbləğlər bu xərclərin əsasını təşkil edir.
Azərbaycanda Coca-Cola-nın reklam büdcəsi açıqlanmasa da, qlobal tendensiyaların burada da izlənildiyini görürük. Facebook & Instagram ölkədə əsas hədəf platformalardır. TikTok 2023-2025-ci illərdə Coca-Cola-nın yerli kampaniyalarında aktiv istifadə olunmağa başlayıb. Influencer əməkdaşlıqları son illərdə Coca-Cola-nın brend mesajlarının yayılmasında mühüm yer tutur.
Yekun nəticə nə göstərir?
Coca-Cola qlobal reklam xərclərinin 60 faizini (2023-də 3 milyard dollar) rəqəmsal mediaya yönəldir. Bu vəsaitin böyük hissəsi Facebook, Instagram və TikTok üzərindən sosial media kampaniyalarına, qalanı isə YouTube və influencer marketinqinə xərclənir.
İri şirkətlərin pul qazandıqları ölkədə yerli medianın “qan damarı” sayılan reklam bazarına dəstək olması vacib məsələdir.
Yoxsa ki, əcaib mənzərə yaranır: “Coca-Cola” qazlı suyunu bizə içirdir, bizdən qazandığı pulları xarici sosial platformalarda öz reklamına xərcləyir. “Adı sənin, dadı mənim” deyimini xatırladan bu tendensiya böyük qazanc payı olan şirkətlər üçün keçərli sayıla bilməz.
Bu gün dünyada informasiya ən qiymətli məhsul sayılır. Məlumatlar insan həyatını idarə edir, ictimai rəyi yönləndirir. Bu baxımdan Azərbaycanda güclü, yad təsirlərə ciddi müqavimət göstərə biləcək milli media ən aktual məsələyə çevrilib. Ona görə sabit maliyyə bazası, əlçatan reklam bazarının formalaşması bu müstəvinin qurlması üçün mühüm amildir.
…Dünyanın ən böyük şirkətlərindən olan “Coca- Cola” gələn il 140 yaşını qeyd edəcək. “Əkinçi” qəzetindən 10 il kiçik olan şirkət Azərbaycanda yerli reklam bazarının qurulmasında, elan edilən media islahatlarında ön sıralarda durmalıdır.
Onun kimi digər iri vergi ödəyicisi olan şirkətlər də (Azpost.info)
Yeri gəlmişkən, mediada reklam bazarı əsasən bir neçə PR şirkətin monopoliyasındadr. Maraqlıdır, bəs bu PR şirkət adıyla dövlət və özəl şirkətlərin "reklam işi"ni quranlar hansılardır? Onlar gerçək tenderlərdə qalib gəlirlər, yoxsa rəhbər şəxslərlə "al verim, ver gülüm" pronsipiylə işləyir, daha sonra isə bu "metod"u media orqanlarının rəhbərləri ilə davam etdirirlər?
Mia.az-ın əldə etdiyi məlumata görə, media sektorundakı reklamlar əsasən həmin PR şirkətlərin rəhbər şəxsləri ilə dostluq, yaxud media orqanının birbaşa "yuxarı dairələr"ə bağlılıq prinsipiylə "paylanır".
Doğrudur, bəzən hansısa deputatın və ya vəzifəli şəxsin hansısa nazirliyə, komitəyə,yaxud ğzəl şirkətə şəxsi xahişi ilə reklam "qapanlar" da var.
Məsələn, bu günlərdə bizimlə söhbətində mətbuat katiblərindən elə faktlar açdı ki...
Bu və ya iddialarla bağlı araşdırmalarımız olacaq. Həmçinin "Azərloteriya", "Topaz", "Azərsun" və sair kimi şirkətlərin "reklam çarxı"nın kimlərin nəzarətində necə "fırladılması"na toxunacağıq.
F.Əhməd
MİA.AZ
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?