Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub

img

04-11-2025 [22:31]


Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.

Mia.az xəbər verir ki, görüş çərçivəsində Leyla Əliyeva məktəbin fəaliyyəti, tədris prosesi, musiqi otaqları və istedadlı şagirdlərin yaradıcı uğurları ilə tanış olub.

Sonra məktəbin şagirdlərinin iştirakı ilə bədii konsert proqramı təqdim edilib.

Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda Leyla Əliyeva məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA