Bakı metrolarında yeni ödəniş forması tətbiq olunub

img

04-11-2025 [16:19]


"Bakı Metropoliteni" QSC rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik edib.

Mia.az xəbər verir ki, texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəyə biləcəklər. Paralel olaraq "BakıKart", "BirBank" və "M10"la ödəniş qüvvədə saxlanılır.

Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb.

Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib.

NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.

Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA