"Qalatasaray"ın ulduz oyunçusu zədələndi - "Ayaks"la matçda meydanda olmayacaq

img

04-11-2025 [17:20]


Sabah UEFA Çempionlar Liqası çərçivəsində "Ayaks" komandası ilə qarşılaşacaq "Qalatasaray" azarkeşlərinə bəd xəbər gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandanın ulduz oyunçusu Yunus Akgün son məşqdə zədələnib.

Məlumata görə, o, ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq: "Artıq dizindən zədələnən təcrübəli oyunçu "Ayaks"la oyunun heyətindən çıxarılıb".

Qeyd edək ki, Yunus bu mövsüm 13 oyuna 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA