Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb

img

04-11-2025 [11:40]


Lənkəran rayonunda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb.

Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev oktyabrın 28-də yırtıq diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına qəbul olunub və əməliyyat edilib.

Ailə üzvlərinin sözlərinə görə, əməliyyatdan sonra S.Rzayev özünü pis hiss edib. Onun bağırsağının deşildiyi və bu səbəbdən orqanizmdə zəhərlənmə baş verdiyi bildirilib. Pasiyent təkrar əməliyyat edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA