Sabah yağış yağacaq

img

02-11-2025 [12:17]


Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA