Abdin Fərzəliyev, Nurlan Həsənov və... - Nərimanovdakı məşhur "Park Fore" restoranına kimlər toplaşır? + FOTOLAR

img

31-10-2025 [13:59]


Demokrat.az xəbər portalı paytaxtın Atatürk parkında yerləşən və Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Nurlan Həsənova məxsus “Park Fore” restoranının fotolarını təqdim edir. 

Abşeron RİH-in başçısı Abidin Fərzəliyevin əsas adamı hesab olunan Nurlan Həsənov bizneslə məşğul olduğunu inkar etsə də, faktlar bunun tam əksini sübut edir. Belə ki, çoxsaylı və müxtəlif sahələr üzrə biznes infrastrukturuna sahib olan Nurlan Həsənova məxsus olan "Park Fore" restoranı da məhz onun qardaşı Rəşad Həsənov tərəfindən idarə olunur.

Halbuki, Azərbaycan qanunvericiliyində vəzifəli şəxslərin bizneslə məşğul olması qadağan olunub. "Dövlət qulluğu haqqında" Qanunun tələbi ilə dövlət qulluqçularının fəaliyyətinə bir sıra məhdudiyyətlər qoyulur. Dövlət qulluqçusu öz xidməti vəzifələrini yerinə yetirdiyi müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola, kommersiya təşkilatının idarə və ya nəzarət orqanlarının tərkibinə daxil ola bilməz.

Qeyd edək ki, "Park Fore" restoranı həm də müxalifətçilərin görüş yeri kimi məşhurdur. Belə ki, Pənah Hüseyn, İsa Qəmbər, Seymur Həzi, Tural Abbaslı, Arzu Səmədbəyli və digər müxalifət funksionerlər görüşlərini əsasən bu restoranda keçirirlər(Demokrat.az).

P.S. Abdin Fərzəliyev uzun illər Nərimanovda icra başçısı işləyərkən Nurlan Həsənov da onunla birgə olub, eynən Abşerondakı kimi...

MİA.A.Z

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA