Elçin Ağamalı: "Partiyanın buraxılması gündəmdə deyil" - "Fəzail müəllimə bu barədə heç nə deməmişəm"

img

31-10-2025 [12:39]


Ana Vətən Partiyasının (AVP) sədri seçildiyini bildirən Elçin Ağamalı atası Fəzail Ağamalının hələ də özünü AVP-nin sədri kimi təqdim etməsinə, partiyanın yaxınlarda buraxılacağı ilə bağlı məsələnin yenidən gündəmə gəlməsinə münasibət bildirib.

Mia.az-ın məlumatına görə, E.Ağamalı Pravda.az-a açıqlamasında deyib ki, partiyanın buraxılması gündəmdə deyil.

“Hər kəs öz fikrini səsləndirməkdə azaddır. Fəzail müəllimin özünü hələ də sədr kimi təqdim etməsini yanlış hesab edirəm, bu barədə özünə heç nə deməmişəm. Qurultay keçirilib, qurultayın qərarı var. Fəzail müəllim istefa verib. Qurultay özünə yeni sədr seçib. Ədliyyə Nazirliyinə sənədlər təqdim olunub, Nazirlik sənədlərə baxıb, qurultaya hüquqi qiymət verəcək”, - o bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA