"Bu gün məni özünə rəqib görən və..." - Şəbnəm Tovuzlu

img

31-10-2025 [14:37]


Şəbnəm Tovuzlu bəzi həmkarlarının ondan səhnə mədəniyyəti öyrənməli olduğunu deyib.

İfaçı bu barədə "Öz aramızda" verilişində danışıb.

Müğənni bildirib ki, bəzi ifaçılar onu özlərinə rəqib görürlər: "Bu gün məni özünə rəqib görən və məndən çox şey götürən ifaçılar var. Yaxşı şeyləri götürsünlər, yaxşı olsunlar. Yeni çıxan müğənnilər səhnə mədəniyyətimə baxıb götürsünlər. Bir dəfə də olsun səhnədə səsimi qaldırıb, tamaşaçıya hörmətsizlik etməmişəm. Mənə baxıb geyimlərinə fikir versinlər. Xanım hər zaman geyimi və davranışı ilə göz önündə olur".

İfaçının bu çıxışı sosial mediada müsbət qarşılanmayıb. Bəziləri "Kimdə nə yoxdursa, ondan danışır" tipli şərhlər yazıblar./Yeni Sabah


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA