Xocalıda iki şəhid dəfn edilib

img

31-10-2025 [11:36]


Bu gün Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin şəhidi - Çingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan oğlu Qəmbərov dəfn ediliblər.

Bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, hər iki şəhidin nəşi müvəqqəti məskunlaşdıqları rayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimlərində Azərbaycan Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Çingiz Hüseynov 1955-ci il mayın 4-də Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-sı Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.

Digər şəhid Səfər Qəmbərov isə 1961-ci ildə Xocalı rayonunda anadan olub və 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin düşüb.

Allah rəhmət eləsin!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA