17 yaşlı oğlan anasını öldürdü

img

31-10-2025 [10:29]


Xaçmazda qadın qətlə yetirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə iki gün əvvəl rayonun Çaykənarı kəndində qeydə alınıb.

Belə ki, 1983-ci il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb və bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki gün xəstəxanada müalicə alan H.Məmmədova bu gün ölüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA