Vətəni niyə sevirik?
25-10-2025 [17:26]
Vətəni niyə sevirik?
Bəlkə ona görə ki, ilk dəfə gözümüzü bu torpaqda açmışıq, ilk addımlarımızı bu yerlərdə atmışıq, onun torpağında yeriyib, suyundan içmiş, havası ilə nəfəs almışıq...
Bəli, bu da var. Amma vətən sevgisi təkcə bunlarla izah olunacaq qədər sadə deyil.
Çünki vətən – doğulduğumuz əsrin, ilin, ayın, günün təqvimdəki ünvanı deyil yalnız, həm də alnımıza yazılmış ilahi qismətin təcəssümüdür.
Vətəni sevmək – Tanrının bizə bəxş etdiyi yazıya, ayaq basdığımız torpağa, bu torpaqda bizdən əvvəl yaşamış, indi isə onun bağrında uyuyan əcdadlarımıza, bizi dünyaya gətirən valideynlərimizə, bu torpağın üzərində bizimlə birgə nəfəs alan həmvətənlərimizə ehtiramımızdır.
Elə buna görə də insanlığın iftixarı, aləmlərin nuru Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurmuşdur:
“Vətənə məhəbbət – imandandır.”
Məhz bu ruhun daşıyıcısı olan, "Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin" direktoru, mərifət və ədəbiyyat aşiqi Hacı Abbas Bağırovun qələmə aldığı “Nərimanlı – Hüseynağalı aşıqları və şairləri” kitabı vətənə duyulan tükənməz sevginin daha bir təcəssümüdür.
Bu kitabda Nərimanlı kəndinin sözünə, sazına könül vermiş 44 nəfər aşıq və şairin həyat yolu və yaradıcılığından nümunələr yer alır. Onların misralarında Göyçənin küləyi pıçıltı kimi dolaşır, Nərimanlının daşı, torpağı, ahı və duası bir nəfəsə çevrilib ürəklərə hopur.
Dərin minnətdarlıq hissi ilə qeyd etmək yerinə düşər ki, əslən Göyçə mahalının Basarkeçər rayonundan – Nərimanlı kəndindən olan Abbas Göyçəgölün bu əsəri vətən həsrəti ilə yaşayanların, yurd nisgilini könlündə yaşadanların ruhuna bir təsəlli, qəlbinə bir nur olacaqdır.
Əziz oxucu!
Bu kitab – ömrünü halallıqla yaşayan bir insanın halal zəhmətinin, min bir çətinliklə ərsəyə gətirdiyi söz xəzinəsidir.
Bu əsər bizi həm ruhən, həm də mənəvi olaraq birliyə, mübarizəyə, öz ata-baba torpaqlarımıza – necə ki Qarabağa qayıtdıq, eləcə də Qərbi Azərbaycanımıza dönüşə səsləyir.
Bu yolda iradəniz sarsılmasın, yolunuz açıq, qismətiniz mübarək olsun!
Mahir Bayram
***
Dünya ilə halallığa gəlmiş idik,
Gör, nə qədər sarsıntılar udduq, yedik!
Candan əziz çox canları qeyb elədik,
“Dünya haqsız, ədalətsiz!” – gileyləndik...
Bəxtimizi böləmmədik dünya ilə,
Baş qaldırdıq haqsızlığa, gah da felə!
Ha söysək də bu dünyanı belə-belə...
Dünya bizə əl eylədi: – “Gülə-gülə...”
Hardan bilək, haqlı bizik, yoxsa dünya?!
Yaşamımız həqiqətmi, yoxsa röya?!
Sonu varmı sualların, gəlmir saya?!
Ömür, sorğu ümmannında düşüb suya!
Çoxu yaman cəhd eləyir, görür guya.
Abbas Göyçəgöl
***
Gözlərin məluldur, baxışın dərin,
Heyran oldum baxışına, ay QAĞA.
Alnından üzünə tökülən tərin,
Qoşulaydım axışına, ay QAĞA.
Dağ çayısan, sularında durullam,
Sən ocaqsan, ocağında qor ollam.
Bir yox, beş yox, gündə yüz yol vurullam,
Bu həyata naxışına, ay QAĞA.
Köhlənini dağlara çap, rahat sür,
Qoy olmasın nə taleyin, bəxtin kür.
Səcdə edib, baş əyərəm bir ömür,
Şimşək kimi çaxışına, ay QAĞA.
Düzlüyündü əyriliyi edən ram,
Almasan da arzulardan doyub kam.
Heyran-heyran boylanaram, baxaram,
O getdiyin yoxuşuna, ay QAĞA!
Aşıq Fətullah
***
Səksən səkkizdən bağlanıb
O Göyçəyə gedən yollar.
Sinəmi yaman dağlayıb,
O Göyçəyə gedən yollar.
Bax, qərib bir duman ötər,
Gedib Ağbulaqdan içər.
Gəlib Məzrələrdən keçər,
O Göyçəyə gedən yollar.
Nərimanlıdan Kəlbəcərə,
Cənnət olar o dağ, dərə.
Fətullahı salıb dərdə,
O Göyçəyə gedən yollar.
Xəstə Bayraməli
***
Ay el-oba, mənim dəli könlümün
Nə vaxtdı arzusu gözdə qalıbdı.
Qəlbinizmi qəlbimdədi, bilmirəm,
Yoxsa ürəyimmi sizdə qalıbdı?
Sona yetmir ayrılığın zəmisı,
Bu aradan il ötüşüb cəmisi.
Yoxa çıxıb yarım vüsal gəmisi,
Hicran adlı bir dənizdə qalıbdı.
Düşsə Bayraməli min qeylü-qala,
Yenə də sadiqdi ilkin minvala.
Qoy zaman atını çapsın dördnala,
Əsrin sədəqəti bizdə qalıb
Müəllif: Nizami Novruzov,
Göyçə mahalı, Kiçik Məzrə kənd icmasının sədri,
Fəlsəfə doktoru
MİA.AZ
Deputat qızının ittihamlarına cavabdan yayındı: "Şər-böhtana şərh vermək istəmirəm"
Vəhdət Partiyası Adəm İsmayıla satıldı, Ana Vətən Partiyası isə... - Elbəyi Həsənli yazır
Əli Nağıyev Tbilisidə rəsmi səfərdə - FOTOLAR
Kəmaləddin Heydərovun adı kitabdan niyə çıxarılıb?
Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da..." - VİDEO
"Qeyri-etik, təhdid xarakterli..." - Deputat qardaşı ilə qurultaydakı gərginliyi belə izah edir
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Vətəni niyə sevirik?
"Oğlum yalan danışır" - Fəzail Ağamalı davadan danışdı
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
Fəzail Ağamalının partiyasında qalmaqal: ailə bir-birinə girdi - "Günay Ağamalının partiya sədri seçilməsinə qarşı..." (AÇIQLAMALAR + Yenilənib)
Elman Nəsirovun qızı video yaydı - Atasına ağır ittihamlar (VİDEO)
Sabah yağış yağacaq
“Aztelekom” videomüşahidə sistemi üçün 46500 manat xərcləyəcək
Prezident İlham Əliyev Tokayevə məktub göndərdi - MƏTN
Yaşlı adamı döyən market mühafizəçisinə cəza verildi
Bakıda ağacları "Ağ Amerika" qurdu basıb - Açıqlama
Xarici İşlər Nazirliyi: "Azərbaycan Qazaxıstanla tərəfdaşlığını yüksək qiymətləndirir və..."
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq - Bu tarixdə
"Zəfər Tariximiz..." - Prezident bu görüntüləri paylaşdı (VİDEO)
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ayşe Barım haqqında həbs qərarı yenidən ləğv olundu
Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi - AÇIQLAMA
"Panatinaikos"un sükanı Rafael Benitezə tapşırılıb
"Milan" "Qalatasaray"ın hücumçusuna "göz qoyub"
CHP iki deputatı üzvlükdən xaric etdi - Səbəb + FOTOLAR
Kamal Kılıçdaroğlunun siyasi karyerası bitdi
Azərbaycan BMT ilə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
BMT-dən İsrailin Fələstin torpaqları ilə bağlı qərarına - Reaksiya
"Azercell": "Elektrik cərəyanı vurmuş şəxs bizim əməkdaş deyil"
Xabi Alonso: "O, gənc və fantastik oyunçudur"
Klub açıqlama yaydı: "Biz təslim olmayacağıq" - "Baş məşqçi istefaya göndərilməyəcək"
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTOLAR
Aİ Meta və TikTok-u cərimələməyə hazırlaşır
"Bakcell" abunəçisi 1 manatla lüks avtomobil sahibi oldu!
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov insult keçirib
Veteranlara verilən 80 manat artırılmayacaq
Sahib Ələkbərov Salyanda vətəndaşları qəbul edib
PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VƏ RÜTBƏ VERDİ - Sərəncam + FOTO
23 yaşlı seksual bloger narkobaron çıxdı - Yarıçılpaq halda tutuldu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı