Sahib Ələkbərov Salyanda vətəndaşları qəbul edib

img

24-10-2025 [17:28]


İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Salyanda vətəndaşları qəbul edib.

Mia.az nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların sahibkarlıq fəaliyyəti, əmlak, vergi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA