Azərbaycan BMT ilə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb

img

24-10-2025 [20:12]


Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Ma.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bu sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli "yaşıl keçid"in təşviqi kimi strateji prioritetləri ehtiva edir: "BMT-nin yaradılmasının 80-ci ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan-BMT əlaqələrinin dinamik xarakterini və qarşılıqlı etimada əsaslandığını məmnunluqla vurğuladıq. Bu tərəfdaşlıq davamlı irəliləyiş üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaradır. Birgə fəaliyyətin yeni mərhələsi olaraq çərçivə sənədini imzaladıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA