"Azercell": "Elektrik cərəyanı vurmuş şəxs bizim əməkdaş deyil"

img

24-10-2025 [19:46]


"Bir sıra mediada yayılan "Azercell" əməkdaşını iş başında elektrik cərəyanı vurdu" başlıqlı xəbərlə bağlı bildiririk ki, həmin məlumat gerçək vəziyyəti tam əks etdirmir".

Mia.az xəbər verir ki, bu, Azercell Telekom" MMC-nin açıqlamasında qeyd edilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxs "Azercell Telekom" MMC-nin deyil, şirkətə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır: ""Azercell" hadisə baş verdiyi andan məsələni diqqət mərkəzinə alıb, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirlər görüb. Şirkət insan təhlükəsizliyini hər zaman əsas prioritet hesab edir və əmək, eləcə də texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA