Şabranda şahin quşunu ovlayanlar saxlanılıb

img

24-10-2025 [15:30]


Türkiyə vətəndaşı Şabran rayonunun Xəzər dənizi sahillərində ov qaydalarını pozduğuna görə cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Mia.az-a bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər sakini Zahid Həsənov olduğu müəyyənləşib.

Saxlanılan şəxslərin "Niva" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub, hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA