Şirvanda 87 min manatlıq dələduzluq olub

img

23-10-2025 [12:08]


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə iki nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

G.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA