Superliqanın 10 klubundan şikayət olunub - Siyahı

img

22-10-2025 [16:35]


Türkiyə Futbol Federasiyasının (TFF) Hüquq müşavirliyi Super Liqanın 10 klubu haqqında şikayətləri Peşəkar Futbol İntizam Şurasına (PFDK) yönləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Bildirilib ki, “Kocaelispor”, “Samsunspor”, “Fənərbağça” və “Kasımpaşa”nın təhqiramiz şüarlara, “Qalatasaray” komanda kimi idmana yaraşmayan hərəkətə, 6 futbolçusuna sarı vərəqə almasına, həmçinin, azarkeşlərinin təhqiramiz şüarlarına, "Beşiktaş" meydanda baş verən insident və təlimatların pozulmasına, “Gənclərbirliyi” və “Eyüpspor” meydanda təlimatları pozduğuna, “Antalyaspor” isə 7 futbolçusuna sarı vərəqə almasına, "RAMS Başakşehir"in prezidenti Göksel Gümüşdağ sosial şəbəkələrdə futbolun reputasiyasını ləkələmək məqsədi daşıyan paylaşımlara görə cəza almaları gözlənilir.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA