Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

img

22-10-2025 [15:28]


Azərbaycanda səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

Mia.az xəbər verir ki, nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA