AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda - AÇIQLAMA + FOTO

img

22-10-2025 [10:28]


Dünən AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib. 

Bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb. 

“Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi İrəvan hava limanına enib”, - deyə o qeyd edib. 

Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb. 

Bu haqda “Sputnik Ermənistan” da yazıb. Qeyd edilib ki, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib. 

Onu da xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb/qafqazinfo.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA