Novella Cəfəroğlu: "İndiki halda Ramiz Mehdiyevi qətiyyən müdafiə etmərəm"
20-10-2025 [17:48]
Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Unikal-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Bəs hüquq müdafiəçilərindən kimlər Ramiz Mehdiyevin vəziyyəti ilə maraqlanmağı və evinə gedib baş çəkməyi düşünür?
Mia.az xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-un sualına cavab olaraq bildirib:
“Ramiz Mehdiyevin vəziyyəti ilə maraqlanmıram. Onun vəziyyəti, yaşayışı, kim onunla əvvəllər yaxın dost olub, kimə deputat mandatı verib, kimə ev və ya villa verib - getsinlər, onlar maraqlansınlar. Mən doğrudan da onunla maraqlanmıram. Üstəlik, onu yaxından tanımıram; nə görüşmüşəm, nə də danışmışam əvvəllər. Yalnız mediadan eşidirdim ki, hansı işlərlə məşğuldur.
Amma onun komandasından olan Əli Həsənovla danışmışam, görüşmüşəm. Ramiz Mehdiyevin nə pisliyini, nə də yaxşılığını görmüşəm. Mən ümumiyyətlə “vurulan” adamın - lap mənim qatı düşmənim olsun - onun arxasınca danışmamışam. Amma əgər Ramiz Mehdiyev dövlət çevrilişi etmək istəyibsə, bunu heç kəsə bağışlamaram. Çünki biz öz müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü yenicə qazanmışıq. Ona görə də kimsə çalışır ki, kiminsə əli ilə ölkədə çevriliş etsin - o, mənim qatı düşmənimdir!
Bir də ki, bu o demək deyil ki, hüquq müdafiəçisi hər kəsi müdafiə etməlidir. Amma ola bilər ki, Ramiz Mehdiyev həbsxanaya düşsün və orada ona münasibət pis olsun, məsələn, həkimə müraciət edilməsin, xəstəxanaya aparılmasın; o halda müdafiə edərəm. Amma indiki halda qətiyyən!”.
MİA.AZ
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub