Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"

img

20-10-2025 [15:35]


Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qurduğu şəbəkədə sabiq deputat Elton Məmmədovun da adı çəkilir.

İddialara görə, Ramiz Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı sadiq dostları arasında başda Ziya Məmmədovun qardaşı Elton Məmmədov dayanıb. Onun vaxtilə AMEA-nın “Yüksək Texnologiyalar Parkı”nın direktoru olaraq Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurduğu iddia olunur.

Mia.az-ın məlumatına gərə, Teleqraf-a açıqlama verən Elton Məmmədov iddialara münasibət bildirib:

“Bu məsələləri araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər. Müvafiq qurum Ramiz Mehdiyevlə bağlı araşdırma aparır. Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin. Cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA