Mehdiyev hakimiyyəti ələ keçirsəydi… - TƏHLİL
17-10-2025 [20:25]
Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. Bildirilir ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.
Mehdiyev dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.
Dövlət Şurası nədir?
Mehdiyevin planı klassik çevriliş cəhdidir. Yəni nə özündə yeni trendləri, nə də yeni yanaşmaları ehtiva edir. Onun planındakı “Dövlət Şurası” anlayışı mahiyyət etibarilə köhnə yanaşmadır. Ümumiyyətlə, bu “Dövlət Şurası” anlayışına baxmaq lazımdır.
Belə şuralar adətən siyasi böhran, müharibə, çevriliş və ya hakimiyyətin ötürülməsi dövrlərində gündəmə gətirilir. Onların məqsədi formaca “keçid dövrünü idarə etmək”, reallıqda isə hakimiyyətin legitim seçilmiş orqanlardan alınaraq qapalı bir elita qrupuna verilməsidir. Ramiz Mehdiyevin planında nəzərdə tutulan Dövlət Şurası da məhz bu məntiqə əsaslanırdı. Yəni o, konstitusiyanın təsbit etdiyi prezidentli respublika modelini ləğv edərək, öz rəhbərliyi altında kollektiv idarəçilik görüntüsü yaratmaq istəyib. Əslində, bu, hüquqi baxımdan dövlət çevrilişi cəhdi, siyasi mənada isə hakimiyyətin mənimsənilməsi aktıdır. Belə qurumun yaradılması xalqın suveren iradəsini, seçki yolu ilə formalaşan hakimiyyət prinsiplərini tamamilə inkar edir və dövlətin legitim idarəetmə əsaslarını dağıdır.
Kollektiv Ağsaqqallar Şurası…
Bu ideya həm də postsovet məkanında zaman-zaman ortaya çıxmış “köhnə nomenklatura” tendensiyasını xatırladır. Yəni keçmiş elita təbəqəsinin seçkili və dinamik siyasi sistemlərə qarşı “kollektiv ağsaqqallar şurası” formasında alternativ güc mərkəzi yaratmaq cəhdi. Lakin müasir Azərbaycan konstitusion sistemində bu cür şura modelinə nə hüquqi, nə də siyasi əsas mövcuddur. Konstitusiyaya görə, ölkədə yeganə ali icra hakimiyyəti orqanı Prezident institutudur və onun səlahiyyətləri heç bir “şura” tərəfindən bölüşdürülə və ya əvəz edilə bilməz.
Ramiz Mehdiyevin planında Rusiyanın dəstəyini əsas götürməsi onun üçün strateji səhv idi. Hazırda Rusiya özü Ukrayna müharibəsi ilə bağlı böyük problemlər yaşayır, daxili iqtisadi və siyasi vəziyyəti gərgindir. Azərbaycan xalqının isə dövlət hakimiyyətinə, xüsusilə də Prezident İlham Əliyevə inamı yüksəkdir. Xalqın qələbələrdən, xüsusən də Qarabağ zəfərindən sonra liderinə bağlılığı yüksəkdir və belə bir plan faktiki olaraq xalq tərəfindən qəbul olunmazdı.
Mehdiyev hakimiyyəti ələ keçirsəydi…
Yəni Mehdiyevin planı gerçəkləşsəydi belə, daxili ictimai qəzəb və müqavimətlə qarşılaşardı. Azərbaycan xalqı Rusiyaya bel bağlayan, şəxsi maraqlarını milli maraqlardan üstün tutan bir şəxsi heç vaxt mənimsəməz. Mehdiyevin hesablaması xalqın milli birlik və dövlətə bağlılıq dəyərlərini nəzərə almadığı üçün praktiki cəhətdən uğursuzluğa məhkum idi.
Bununla belə, R.Mehdiyevin “Dövlət Şurası” ideyasında yer alması ehtimal olunan şəxslərin araşdırılması, aşkarlanması və hüquqi məsuliyyətə cəlb edilməsi çox vacibdir. Təəssüf ki, hazırda yalnız spekulyativ əsasda təxmin etmək mümkündür, çünki rəsmi və dəqiq siyahı mövcud deyil. Amma konseptual olaraq belə bir şuraya daxil ediləcək şəxslər, Ramiz Mehdiyevin məqsəd və maraqlarına uyğun olaraq seçilmiş olardı.
Aydın məsələdir ki, Ramiz Mehdiyev uzun illər ərzində müxtəlif sahələrdə nüfuz əldə etmiş şəxsləri öz şəbəkəsinə daxil edib. Praktiki olaraq, şurada yalnız Ramiz Mehdiyevin etibar etdiyi, onun ideoloji və siyasi maraqlarına xidmət edə biləcək şəxslərin olması ehtimalı yüksəkdir.
Proses davam edəcək
İstintaq gedir və indiki mərhələdə konkret ad çəkmək və ya kimisə hədəfə gətirmək hər şeydən öncə istintaqın gedişinə təsir edə bilər. Bununla belə, ümumi mənada bu şəbəkə daxilində keçmiş və hazırkı yüksək vəzifəli dövlət məmurları, Rusiya ilə əlaqələri olan şəxslər, ordu və hüquq-mühafizə strukturlarından strateji fiqurlar, köhnə bürokratlar və təsirli media fiqurları ola bilər.
Bu şəxslərin aşkarlanması, kütləvi şəkildə sıradan çıxarılması qısa müddətdə mümkün deyil. İstisna deyil ki, yerlərinə yeni kadrlar təyin edildikcə, bu şəxslər dövlət strukturdan uzaqlaşdırılacaq.
Turan Rzayev
MİA.AZ
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub