YAP Ramiz Mehdiyevlə bağlı toplanmayacaq - Açıqlama
16-10-2025 [11:16]
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məlumata görə, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.
Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvüdür. Onun partiyadan uzaqlaşdırılacağı bildirilir. Bunun üçün YAP-ın iclası keçirilməlidir.
Mia.az xəbər verir ki, Modern.az bununla bağlı YAP İdarə Heyətinin üzvü, deputat Azər Badamovla əlaqə saxlayıb.
A.Badamov bildirib ki, YAP İdarə Heyətinin iclasının çağırılması ilə bağlı məlumat da hələlik gündəmdə yoxdur.
O qeyd edib ki, istintaq prosesi başa çatıb, şəxs haqqında tətbiq olunmuş maddələr üzrə cinayət əməlləri təsdiq olunandan sonra digər məsələlərə baxılması daha düzgündür:
"Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına alınan Ramiz Mehdiyev Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir: 278.1, 274 və 193-1.3.2-ci maddələr. Bunlıar çox ağır maddələrdir. Burda dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və əmlakı qeyri-qanuni yollarla ələ keçirmək kimi məsələlər öz əksini tapır. Şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qərarı verilmişdir. İstintaq altında olması azadlıqdan məhrum etmə deyil. Təbii ki, istintaq prosesi başa çatıb şəxs haqqında tətbiq olunmuş maddələr üzrə cinayət əməlləri təsdiq olunandan sonra digər məsələlərə baxılması daha düzgündür. Çünki, biz hüquqi dövlətdə yaşayırıq. Hər bir kəs qanun qarşısnda bərabərdir və onun əməllərinə hüquqi müstəvidə qiymət verilir. YAP öz sıralarında cinayət məcəlləsinin maddələri ilə məhkum olunaraq azadlıqdan məhrum olunmuş şəxsləri saxlamır və partiya sıralarından xaric edilir. Bu baxımdan məhkəmənin son qərarının gözləməli olduğunu doğru hesab edirəm".
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub