Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

img

15-10-2025 [23:22]


Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ulyanovsk vilayəti qubernatorunun müşaviri və oradakı Azərbaycan diasporunun rəhbəri İslam Hüseynovun Rusiya vətəndaşlığını ləğv edib.

"Gazeta.ru” xəbər verir ki, sözügedən məlumatı jurnalist Darya Kosarinova teleqram kanalında yayıb.

Onun sözlərinə görə, İ.Hüseynovun Rusiya pasportu oktyabrın 14-də FSB qərarı ilə etibarsız sayılıb və ona ölkəyə giriş qadağan edilib.

Qərarın səbəbləri barədə isə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, İslam Hüseynov 20 il əvvəl Ulyanovska köçərək vilayətdəki Azərbaycan Konqresinə rəhbərlik edib/Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA