Çin 60 min xəritəni yandıracaq - Tayvan və kiçik adalara görə

img

15-10-2025 [10:48]


Çinin şərqindəki Şandun əyalətinin gömrük işçiləri 60 min xəritəni müsadirə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb xəritədəki bəzi yanlışlıqlar və Tayvanı "səhv təsviri" əsas götürülüb.

Gömrüyün məlumatında deyilir ki, xəritədə Tayvanın Çindən ayrı rənglə təsvir olunmaı onun müstəqil dövlət kimi görünməsi fikri yaradır: "Bundan başqa, xəritələrdə Cənubi Çin dənizindəki vacib adalar qeyd olunmayıb. Bu, təbii ki, ölkəmizin milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir".

Məlumat üçün qeyd edək ki, sözügedən xəritələrdə yer almayan və Çinin Cənubi Çin dənizindəki iddia etdyi doqquz kiçik adadan bəhs olunur: "Pekin bu adalara görə Filippin və Vyetnam kimi qonşu ölkələrlə az qala savaş həddindir"

Məlumatda o da deyilir ki, müsadirə olunan 60 min xəritə yandırılacaq.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA