Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir

img

14-10-2025 [09:19]


Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər" mövzusunda beynəlxalq konfrans keçirilir.

Mia.az xəbər verir ki, tədbir Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Konfransda Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və digər rəsmilər iştirak edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA