Türkiyədə 105 kq narkotik tutulub - Həbslər var

img

13-10-2025 [17:34]


Türkiyənin Yunanistanla sərhədində yük maşınında 100 kq-dan artıq narkotik aşkarlanıb.

Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, bu barədə Ədirnə Jandarması məlumat yayıb.

Bildirilib ki, yük maşınlarının biirndə 105 kqdan artıq narkotik tapılıb və 4 şübhəli həbs edilib.

Gömrük keçid məntəqələrinə nəzarət edən Ticarət Nazirliyindən faktla bağlı bildirilib ki, narkotiki gömrükçülər aşkarlayıb: "Türkiyəyə keçirmək istədikləri 105.2 kq narkotik Həmzəbəyli Gömrük Bölməsində yük maşınına baxış zamanı aşkarlanıb.

Əməliyyatı genişləndirən qruplar narkotik alıcıları haqqında da araşdırma aparıb. Bu istintaq çərçivəsində həyata keçirilən ikinci əməliyyatda yük maşını sürücüsü ilə yanaşı, narkotik alıcı kimi təyin olunan 3 şübhəli saxlanılıb".

Zülfiyyə Mustafayeva
MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA