584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib - DİM-dən açıqlama

img

10-10-2025 [12:45]


Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib.

 Dövlət İmtahan Mərkəzindən mia.az-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA