NETANYAHU DA ANLAŞMANI TƏSDİQLƏDİ: İsrail ordusu bu gündən geri çəkiləcək və... - SƏNƏD

img

10-10-2025 [06:55]


 HƏMAS-ın Qəzzada sülh planının ilk mərhələsi üzrə anlaşmanı təsdiqləməsindən sonra İsrail də gözlənilən addımı atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir Benyamin Netanyahu ilə kabinet üzvləri arasında ötən gün axşam saatlarına qədər davam edən müzakirədənn sonra İsrail hökuməti Qəzzada HƏMAS-la əldə olunan atəşkəs razılaşmasını təsdiqləyib.

Beləliklə, bu gündən başlayaraq, əsirlərin mübadiləsi, humanitar yardım xətlərinin açıılması, və İsrail ordusunun müəyyə olunmuş ərazilərdən geri çəkilməsi prosesinə start veriləcək.

İsrailin KAN dövlət televiziyasının məlumatına görə, İsrail ordusu 24 saat ərzində xəritədəki yenilənmiş bölgələrə doğru geri çəkiləcək. HƏMAS isə İsrail ordusunun geri çəkilməsindən sonra 72 saat ərzində Qəzza zolağındakı bütün israilli məhbusları təhvil verəcək. İsrail isə ağır cəzaya məhkum olunmuş 250 fələstinli məhbusu, o cümlədən 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzza zolağında saxlanılan 1700 nəfəri, həmçinin 360 fələstinlinin cəsədlərini geri qaytaracaq.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA