Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin işi üzə qərar verdi: "Bundan sonra ilk işim..."

img

09-10-2025 [13:57]


"Dünyanın işinə baxın. Bu gün məni şərləyən həbsdəki MTN generalı Elçin Quliyevin əmlakları hərraca çıxarıldı.Bu gün, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyin mənə qarşı qanunsuz həbsi və barəmdəki sifarişli məhkəmə hökmünə dair şikayətim üzrə qərarını açıqlayıb. Konvensiyan 5 (Azadlıq və toxunulmazlıq hüququ), 6 (Ədalətli məhkəmə araşdırması hüququ) və 8 "Şəxsi həyata və ailə həyatına hörmət hüququ" pozuntularını tanıyıb. Məhkəmə hesab edib ki, həbsim tam qanunsuz olub, mənzilimə silahlar istintaq orqanı tərəfindən yerləşdirilib. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi ədalətli məhkəmə araşdırmasını aparmayıb".

Mia.az xəbər verir ki, bu sözləri Feysbuk-dak hesabında Gununsesi.info saytının Baş redaktoru Pərviz Həşimli yazıb.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi bu pozuntulara görə ona təzminat təyin edib: "Nə gizlədim, ilk sevincimi məni azadlıqdan məhrum edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova zəng edərək bölüşdüm.

O isə "bu qalibiyyətinə görə səni təbrik edirəm, axır ki, istəyinə nail oldun" deyə bildirdi.

Avropa Məhkəməsində məni müdafiə edən vəkilim Elçin Sadıqova təşəkkür edirəm.

Həmçininin, yerli məhkəmələrdə yanımda olan MTN-dəki cinayətkar dəstə qarşısında ləyaqətlə və vicdanla məni müdafiə edən Bəhruz Bayramova, Yalçın İmanova və Fariz Namazlıya təşəkkür edirəm.

Bu qərardan sonra Ali Məhkəmənin mənə bəraət verməsi üçün hüquqi addımlar atacağam".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA