Yusif Mustafayevin oğlu dövlət işindən ayrıldı - Müğənni olacaq

img

09-10-2025 [09:47]


Əməkdar artist Yusif Mustafayevin kapitan oğlu Tərlan Mustafayev vəzifəsindən ayrılıb.

Müğənni bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, oğlu bundan sonra ifaçılıqla məşğul olacaq:

"Oğlum dövlət işində çalışırdı, kapitan idi. Arzum idi ki, oğlumu general görüm. Hər valideynin arzusu var. Amma məsləhət belə oldu. Dedi ki, ata məni formada görmək istəyirdin. İndi gördün. Artıq icazə ver mən də keçim sənətimlə məşğul olum. İndi müğənnilik edəcək. İntiqam Kərimovdan dərs alır".

Qeyd edək ki, Y.Mustafayevin 3 övladı var. (Axşam.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA