"Xatirə dedi ki, hamı məni toya səninlə dəvət edir"

img

09-10-2025 [11:23]


"Müğənni deyiləm, belə fikrim də yoxdur. Amma üstünə düşsəm, çoxlarından yaxşı oxuyaram. Xatirə İslamla bir mahnı oxudum və özümə maşın aldım".

Mia.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O bildirib ki, müğənni Xatirə İslamla oxuduğu mahnıya görə çox toy təklifi alıb:

"Yağın içində maşın idi. Təsadüfən İctimai TV-nin təklifi ilə oldu. Neçə sevildisə, mənə pul qazandırdı. Maşınım köhnə idi, dəyişməyə pulum yox idi. Mahnını oxudum və nə qədər toy zəngi gəldi. Gündə neçə toy dəvəti alırdım. Hələ Rusiyada toy dəvətləri gəlirdi. Xatirə dedi ki, hamı məni toya səninlə dəvət edir. Gündə 5-6 toy olurdu. Hətta əlavə mahnı da yazdırdım, həvəsim var idi"(axsam.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA